“Parma”nın qapıçısı Canluici Buffon A Seriyasına vəsiqə uğrunda “Kalyari”yə qarşı pley-off oyunundan sonra göz yaşlarına sahib ola bilməyib.
Arena.az xəbər verir ki, hazırda 45 yaşı olan ulduz futbolçu məğlubiyyətə çox üzülüb.
Çox mütəəssir olan təcrübəli qolkiper göz yaşlarını saxlaya bilməyərək ağlayıb.
Xatırladaq ki, A Seriyasına vəsiqə uğrunda “Parma” səfərdə keçirdiyi ilk oyunda 2:3 hesabı ilə məğlub olmuşdu. “Quru” hesabla başa çatmış cavab oyunu (0:0) cütün yekun nəticəsini “Kalyari”nin xeyrinə müəyyən edib və “Parma”nı növbəti mövsümdə A Seriyasında çıxış etməkdən məhrum edib.
“Parma”nın qapıçısı Buffon məğlubiyyətə çox üzülüb və əsəbindən göz yaşlarına qərq olub.
Xatırladaq ki, Canluici Buffon karyerasına 1995-ci ildə “Parma”da başlayıb. “Yuventus” və PSJ-nin formasını geyinmiş qapıçı karyerasını başa vurmaq üçün “Parma”ya dönüb. Buffon İtaliya yığmasında 176 oyun keçirib və 2006-cı ildə Dünya Kubokunu qazanıb.




