Ançelotti – Peres qarşıdurması “Real”a nə verəcək?

Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti ilə “Kral klubu”nun prezidenti Florentino Peres arasında fikir ayrılığı yaranıb.

Arena.az “Relevo”ya istinadən xəbər verir ki, onlar komandanın hücumçusu mövqeyinə mümkün namizədlərin seçimi məsələsində razılığa gələ bilmirlər.

İtalyan baş məşqçi “qaymaqlılar”ın “Tottenhem”in mərkəz hücumçusu Harri Keyni transfer etməsində israrlıdır.

Klub prezindenti Florentino Peres isə PSJ-nin fransız hücumçusu Kilian Mbappenin xidmətində maraqlıdır. O, bu oyunçunu 2024-cü ildə azad agent kimi komandaya cəlb etmək niyyətindədir. “Real” rəhbərliyi fransız hücumçunun parislilərlə müqaviləni yeniləməyəcəyinə inanır.

Baş məşqçi ilə klub prezidentinin fikir ayrılığının “Kral klubu”na nə vəd edəcəyi İspaniya mətbuatında xüsusi maraqla gözlənilir.

Xatırladaq ki, daha əvvəl “Real” digər fransız hücumçusu Kərim Benzema ilə vidalaşmışdı. Benzema Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçib.

Xəbəri sosial şəbəkələrdə paylaş: