Malkom: “Rusiyada xoşbəxtəm”

Sankt-Peterburq “Zenit”inin braziliyalı hücumçusu Malkom karyerasının “Barselona” dönəmini qiymətləndirib.

Arena.az UOL-a istinadən Malkomun sözlərini diqqətinizə çatdırır:

“Mənim yararlana bilmədiyim imkanlarım olub. Amma məşqçinin seçimi ədalətli idi. Oyunçular məşqçiyə hörmət etməli, gündəlik çalışmalı və başqa fürsətin yaranacağına ümid etməlidirlər.

“Zenit”də xoşbəxtəm. Rusiyada məni yaxşı qarşıladılar və müqavilə imzaladım. “Barselona” statusumu dəyişməklə “Zenit”ə keçməyim üçün bir körpü oldu. Mən xoşbəxt və məmnunam”.

26 yaşlı Malkom “Zenit”ə 2019-cu ildə 40 milyon avro qarşılığında “Barselona”dan keçib. Braziliyalı hücumçu 2022/2023 mövsümündə 23 qolla Rusiya Premyer Liqasının bombardiri olub. Ümumilikdə Malkom geridə qalmış mövsüm ərzində “Zenit”in heyətində 33 oyuna çıxıb, 26 qol vurub, 9 məhsuldar ötürmə ilə fərqlənib və komandası ilə Rusiya Premyer Liqasını qazanıb.

“Transfermarkt” internet-portalı Malkomu 27 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: