UEFA Rusiya klublarının və yığma komandalarının tezliklə yenidən beynəlxalq arenaya qayıdacaqlarına ümid edir.
Arena.az “Çempionat”a istinadən xəbər verir ki, bu barədə UEFA prezidentinin milli assosiasiyalar üzrə müşaviri Yozef Klement açıqlamasında bildirib:
“Sizlərə Çeferindən ürəkdən salamlar çatdırıram. İndi bizi çox ciddi sınaqla üz-üzəyik, lakin UEFA futbolun qalib gələcəyinə əmindir. Tezliklə yalnız rəsmilər arasında deyil, futbol meydanında da yenidən görüşəcəyimizə inanırıq. İnanırıq ki, tezliklə Rusiya yığma komandaları və klubları yenidən beynəlxalq arenada oynaya biləcək və oyunlardan sonra dost olaraq qalacaqlar. UEFA heç vaxt Rusiya Futbol İttifaqı ilə əməkdaşlığını kəsməyib. Futbol körpülər qurmalıdır”.
Xatırladaq ki, hazırda Rusiya Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar FIFA və UEFA-nın bayrağı altında keçirilən turnirlərdən kənarlaşdırılıb.


