Con Makqinn “Aston Villa” ilə yeni müqavilə bağladı

Futbol üzrə Şotlandiya milli komandasının yarımmüdafiəçisi Con Makqinn İngiltərənin “Aston Villa” klubu ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

28 yaşlı futbolçu ilə yeni sözləşmə 2027-ci ilin 30 iyununa kimi nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki müqavilə bu yay bitirdi.

Con Makqinn “Aston Villa”ya 2018-ci ilin avqust ayında 3.10 milyon avro qarşılığında “Hibernian”dan gəlib. O, indiki komandasında 183 oyun keçirib, 17 qol və 26 məhsuldar ötürmə müəllifi olub. Futbolçu həm də İngiltərə klubunda kapitanlıq sarğısını daşıyır.

Yarımmüdafiəçi daha öncə “Hibernian”dan (136 oyun, 17 qol, 29 assist) başqa “Sent Mirren”in (98 oyun, 4 qol, 7 assist) də uğurları üçün çalışıb.

Şotlandiyalı futbolçu ölkəsinin milli komandasında da 55 oyun keçirib, 16 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: