Ukrayna Futbol Assosiasiyası FIFA və UEFA-dan Rusiya Futbol İttifaqının bu təşkilatlardan kənarlaşdırılmasını nəzərdən keçirməyi xahiş edib.
Arena.az bu barədə Ukrayna Futbol Assosiasiyasının rəsmi saytına istinadən məlumat verir.
Ukrayna Futbol Assosiasiyası Krım klublarının Rusiya çempionatına qatılmasını pisləyib. Bəyanatda Krım komandalarının Rusiya turnirlərində iştirakına icazə verilməsinin ölkənin fəaliyyətinə biganəlik nümayiş etdirilməsi kimi qiymətləndirildiyi deyilir. Ukrayna Futbol Assosiasiya FIFA və UEFA-dan klubların lisenziyalaşdırma prosesinin davam etməsinə mane olacaq addımlar atmağı xahiş edib.
Hazırda “Sevastopol” və Yalta “Rubin”i Rusiya çempionatının 2-ci Liqasında iştirak etmək üçün Milli Futbol Liqasının (FNL) lisenziyasını alıb. “Tavriya” və “Okean”ın da icazə alacağı planlaşdırılır. Əvvəllər bu klublar Krım çempionatında çıxış ediblər.


