Arteta “Arsenal”ın gələn mövsüm üçün hədəflərini açıqladı

“Arsenal”ın baş məşqçisi Mikel Arteta, “topçular”ın gələn mövsümdə hədəfinin Premyer Liqa çempionluğu olduğunu bildirib.

Arena.az “Marca”ya istinadən Artetanın bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“2023/2024 mövsümündə Premyer Liqanın qalibi olmağımız mümkündürmü? Bu, bizim məqsədimizdir. Biz bunun nə qədər çətin olduğunu bilirik. Bu, dünyanın ən yaxşı liqasıdır və növbəti mövsüm Premyer Liqa tarixində ən çətin mövsüm olacaq. Nədən? Mən 22 ildir ki, buradayam və indiki qədər rəqabət səviyyəsini heç zaman görməmişəm: bu qədər keyfiyyət, təşkilatçılıq, resurslar, yaxşı məşqçilər. İndi hələ Maurisio Poçettino və Andoni İraola da bura gəliblər. Liqanın səviyyəsi o qədər yüksəkdir ki, onu qazanmaq üçün burada ən yaxşısı olmalısan. Məhz bu səbəbdən də güclənməyə ehtiyacımız var”.

Xatırladaq ki, ötən mövsüm “Arsenal” Premyer Liqaya iddialı başlasa da, mövsümün sonlarına yaxın bir neçə oyunda büdrəyərək “Mançester Siti”ni önə buraxmış və çempionatın “gümüş”ü ilə kifayətlənmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: