Timber “Arsenal”la şəxsi müqavilənin şərtlərini razılaşdırdı

“Arsenal” “Ayaks”ın holland müdafiəçisi Yurrien Timber və onun nümayəndələri ilə futbolçunun şəxsi müqaviləsinin şərtlərini razılşadırıb.

Arena.az bu barədə “De Telegraaf”a istinadən xəbər verir.

Mənbənin məlumatına görə, tərəflər 2028-ci ilə qədər müddətə müqavilə imzalayıblar. 22 yaşlı müdafiəçi ildə 8 milyon avro qazanacaq ki, bu da futbolçunun “Ayaks”dakı məvacibindən iki dəfə çoxdur. Hazırda klublar müdafiəçinin qiymətini də razılaşdırmaq üzrədirlər. “Arsenal”ın Timberə görə “Ayaks”a təxminən 40-45 milyon avro məbləğində ödəniş edəcəyi gözlənilir.

2022/2023 mövsümündə Timber “Ayaks”ın heyətində 47 oyuna çıxıb, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə edib. Timberin Amsterdam klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet portalı Yurrien Timberi 42 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: