Futbol üzrə Serbiya yığmasının və “Sevilya”nın yarımmüdafiəçisi Nemanya Qudel İspaniya klubu ilə yeni müqavilə bağlayıb.
Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, 31 yaşlı futbolçu ilə 3 illik yeni sözləşmə imzalanıb. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti bu ayın sonunda başa çatırdı.
Nemanya Qudel 2019-cu ildən “Sevilya”nın uğurları üçün çalışır. Dayaq yarımmüdafiəçisi bu komandanın heyətində meydana çıxdığı 163 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Serbiyalı futbolçu daha öncə “Alkmaar”, “NAK Breda”, “Ayaks”, “Sportinq” (Lissabon), “Tyanjin”, “Quançjou” kimi klubların da formasını geyinib. O, Serbiya milli komandasının heyətində meydana çıxdığı 54 oyunda da 1 qolla yadda qalıb.


