Kay Haverts “topçu” oldu – Rəsmi

Futbol üzrə Almaniya milli komandasının və “Çelsi”nin hücumçusu Kay Haverts İngiltərə Premyer Liqasının digər təmsilçisi “Arsenal”a keçib.

Arena.az bu barədə “Arsenal”ın rəsmi saytına istinadən xəbər verir.

“Topçular” futbolçunun uzunmüddətli müqavilə imzaladığını təsdiqləsələr də, müqavilə müddətini açıqlamayıblar. Amma Britaniya mətbuatı razılaşmanın 2028-ci ilə qədər nəzərdə tutulduğunu bildirir. Futbolçunun transfer məbləği isə 60+5 milyon funt-sterlinqdir (təxminən 70 milyon avro).

Xatırladaq ki, Kay Haverts 2020-ci ilin payızında bonuslarla 90 milyon funt-sterlinqə çata biləcək məbləğə “Bayer”dən “Çelsi”yə keçmişdi. Ümumilikdə Haverts “Çelsi”nin heyətində 139 oyuna çıxıb, 32 qol vurub, 15 məhsuldar ötürmə verib. O, “zadəganlar”la birlikdə UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və klublararası dünya çempionatını qazanıb.

Havertsib “Bayer” karyerası isə 150 oyun, 46 qol və 31 assistdən ibarətdir. 24 yaşlı futbolçu Almaniya millisində də 37 oyun keçirib, 13 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: