Əvvəllər “Roma”da çıxış etmiş “Qalatasaray”ın 23 yaşlı italyan yarımmüdafiəçisi Nikolo Zaniolo iddialı çıxışı ilə diqqət çəkib.
Arena.az bu barədə “Calciomercato”ya istinadən xəbər verir.
Məlumata görə Zaniolo “Yuventus”un azarkeşi olduğunu və Turin klubunda oynamaq arzusunda olduğunu etiraf edib:
“UEFA Çempionlar Liqası var, ya yox – bu heç nəyi dəyişmir. “Yuventus” mənim arzumdur. Uşaqlıqdan bu klubda oynamaq istəmişəm. Mənim kumirim Poqbadır”, deyə Zaniolo bildirib.
Nikolo Zaniolonun İstanbul klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna qədər qüvvədədir. İtalyan yarımmüdafiəçinin müqaviləsində nəzərdə tutulmuş təzminat məbləği 35 milyon avrodur.
2022/2023 mövsümündə Nikolo Zaniolo “Qalatasaray”ın heyətində 11 oyuna çıxıb, 5 qol vurub, 1 məhsuldar ötürmə verib, komandası ilə Türkiyə çempionluğunu qazanıb.
“Transfermarkt” internet-portalı Nikolo Zaniolonu 27 milyon avro məbləğində qiymətləndirir.
Daha əvvəl mətbuatda “Milan”ın Zaniolo ilə maraqlandığı barədə xəbərlər yayılmışdı. “Rossoneri” bu yay transfer pəncərəsində Zaniolonu transferini hələ baxışdan keçirir.


