Azərbaycan çempionatlarının bombardirləri dəyişməz qaldı

Premyer Liqanın 2022/2023 mövsümündən sonra Azərbaycan çempionatlarının ən çox qol vuran futbolçularının “Top-10”u dəyişməz qalıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Yalnız 100 və daha çox qol vuranların yer aldığı “onluğ”a yaxınlaşan da olmayıb. Mövsüm ərzində meydana çıxanlardan Rauf Əliyev 63, Filip Ozobiç 51 dəfə fərqlənib. Mütləq rekordçu Nazim Əliyev isə 183 qola imza atıb.

  1. Nazim Əliyev – 183
  2. Müşfiq Hüseynov – 125
  3. Rövşən Əhmədov – 116
  4. Qurban Qurbanov – 115
  5. Samir Ələkbərov – 115
  6. Alay Bəhramov – 108
  7. Nadir Nəbiyev – 103
  8. Xaqani Məmmədov – 102
  9. Vadim Vasilyev – 102
  10. Kənan Kərimov – 101
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: