Almaniya çempionu “Bayern”də klubun yeni baş direktoru təyin olunmuş Yan-Kristian Drizen öz işini necə icra edəcəyini açıqlayıb.
Arena.az “Sport1.de” portalına istinadən Drizenin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Şübhələri başa düşürəm, amma uzun müddətdir ki, peşəkar futboldayam, bu səbəbdən də özümü istisna kimi hiss etmirəm. Mən – qaydayam. Biz ayrıca mövqelər üzərində işləyirik, Tomas Tuxel öz ideyalarını təqdim edir. Tomasın bu işdə iştirak etməsi çox mütləqdir. Bizə iki ildən sonra yeni kluba keçəcək muzdlular gərək deyil. Bizə enerji saçan, hər şeyi “Bayern” və onun azarkeşlərinə verən oyunçular gərəkdir.
Birgə iş kimi təsvir etdiyim nəyisə kluba ötürmək gərəkdir ki, işə getmək bizə xoş olsun, hansı ki bir-birimizə güvənirik, hansı ki insanlar bir-biri ilə daha ünsiyyətcil olur, hansı ki qapılar açıqdır. Gələcəkdə Tomas Mülleri və Manuel Noyeri cəlb edə bilsək, çox əntiqə olardı, hər bir klub bunu xəyal edərdi. Ancaq bu qərar direktorlar şurasının səlahiyyətindədir”.


