“Mançester Yunayted” Sofyan Amrabatla razılığa gəldi

“Mançester Yunayted” “Fiorentina”nın mərakeşli dayaq yarımmüdafiəçisi Sofyan Amrabatı transfer etməyə yaxındır.

Arena.az bu barədə “Football Italia”ya istinadən xəbər verirlər.

Mənbənin məlumatına görə, “qırmızı şeytanlar”ın nümayəndələri Amrabatın agentləri ilə müqavilənin şərtlərini razılaşdırıblar. Amrabatın transferi ilə bağlı fikri “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq şəxsən təklif edib. “Bənövşələr” mərakeşli futbolçunun satışından ən azı 30 milyon avro əldə etmək istəyirlər.

2022/2023 mövsümündə Amrabat “Fiorentina”nın heyətində 49 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib.

Amrabatın “Fiorentina” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı Sofyan Amrabatı 30 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, daha əvvəl Amrabatın Madrid “Atletiko”suna keçmək istədiyi bildirilmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: