Mitçel Bakker “Bayer”i “Atalanta”ya dəyişdi – 10 milyon avroya

Almaniyanın “Bayer” klubunun sol cinah müdafiəçisi Mitçel Bakker İtaliyanın “Atalanta” komandasına transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

23 yaşlı futbolçu ilə 4 illik (2027-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb. “Atalanta” bu transfer üçün “Bayer”ə 10 milyon avro ödəyəcək.

Mitçel Bakker “Ayaks”ın yetirməsidir. O, 2019-2021-ci illər aralığında Fransanın PSJ klubunda forma geyinib. “Bayer” müdafiəçini 2021-ci ilin yayında məhz Paris klubundan, 7 milyon avro qarşılığında transfer etmişdi. Gənc futbolçu Bundesliqa təmsilçisində 70 oyun keçirib, 5 qol və 7 məhsuldar ötürmə müəllifi olub.

Bakker Niderlandın müxtəlif yaş qrupları üzrə yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: