İngiltərənin “Çelsi” klubunun sabiq kapitanı Con Terri yenidən “zadəganlar”ın düşərgəsinə qayıdacağını açıqlayıb.
Arena.az xəbər verir ki, Terri bu barədə özünün sosial şəbəkə hesabı üzərindən məlumat yayıb.
İngiltərə yığmasının 42 yaşlı sabiq müdafiəçisi “Çelsi”nin futbol akademiyasında çalışacağını elan edib.
Con Terri 1998-2017-ci illərdə “Çelsi”də çıxış edib. Müdafiəçi “zadəganlar”ın heyətində 5 dəfə İngiltərə çempionluğunu, İngiltərə Kubokunu, 3 dəfə İngiltərə Liqa Kuboku, həmçinin UEFA Çempionlar Liqasını və Avropa Liqasını qazanıb. Terri 2004-2017-ci illərdə “Çelsi”nin kapitan sarğısını daşıyıb. O, karyerasını 2017/2018 mövsümündə çıxış etdiyi “Aston Villa”da başa vurub.
Terri 2003-2012-ci illərdə İngiltərə yığmasında çıxış edib, 78 oyuna çıxıb, 6 qol vurub.
Xatırladaq ki, “Çelsi” son mövsümü İngiltərə çempionatında 12-ci yerdə başa vurmaqla, son yeddi ildə ilk dəfə avrokuboklardan kənarda qalıb.


