Futbol üzrə Danimarka milli komandasının və İngiltərənin “Lids” klubunun sağ cinah müdafiəçisi Rasmus Kristensen “Roma”ya keçib.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.
“Canavarlar” 26 yaşlı futbolçunu bir mövsümlük (2024-cü ilin 30 iyununa kimi) icarəyə götürüblər. Danimarkalı futbolçu yeni komandasında 43 nömrəli formanı geyinəcək.
Rasmus Kristensen Danimarkanın “Midtyulland” klubunun yetirməsidir. “Ayaks” və “Zalsburq”da da oynamış futbolçu “Lids”ə 2022-ci ilin iyul ayında 13 milyon avro qarşılığında transfer olunmuşdu. O, bu komandada 30 oyuna çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Kristensen Danimarka milli komandasında da 14 oyun keçirib.



