ÇL: Elçin Məmmədov “Dinamo” – “Astana” matçına təyinat aldı

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin oyununa təyinat alıb.

Arena.az xəbər verir ki, o, “Dinamo” (Tiflis, Gürcüstan) ilə “Astana” (Qazaxıstan) komandaları arasında baş tutacaq cavab oyununda iş başında olacaq.

Elçin Məmmədov Boris Payçadze adına “Dinamo Arena”da keçiriləcək qarşılaşmada VAR sisteminin tətbiqi ilə bağlı təşkilatı işlərin koordinasiyası məqsədilə Tiflisə yollanacaq.

İyulun 19-da keçiriləcək “Dinamo” – “Astana” matçına Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Bu komandalar arasında Qazaxıstanda baş tutmuş ilk görüşdə 1:1 hesabı qeydə alınıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: