Cekson Kenio Super Liqa klubunda – Vüsalla komanda yoldaşı idi

Albaniyanın “Eqnatiya” komandasının braziliyalı hücumçusu Cekson Kenio Türkiyənin “İstanbulspor” klubuna transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Sol cinah vingeri ilə 5 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb. Türkiyə klubu bu transfer üçün “Eqnatiya”ya 400 min avro ödəyib.

Cekson Kenio 2020-ci ilin oktyabr ayından “Eqnatiya”da forma geyinirdi. 24 yaşlı futbolçu bu komandada 98 oyuna çıxıb, 18 qol və 9 məhsuldar ötürmə müəllifi olub. Kenio “Vorvarts” və ABC komandalarında da forma geyinib.

Sonda onu da xatırladaq ki, “Eqnatiya” bu yay azərbaycanlı futbolçu Vüsal İsgəndərlini transfer edib. “Sumqayıt”dan sözügedən kluba keçən yarımmüdafiəçi artıq bu komandada ilk rəsmi matçına da çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: