Gündoğan “Barsa”ya gedişinə Qvardiolanın münasibətini açıqladı

İlkay Gündoğan “Barselona”ya keçidi haqda “Mançester Siti”nin baş məşqçisi Qvardiolanı necə xəbərdar etdiyini açıqlayıb.

Arena.az “Eurosport”a istinadən Gündoğanın bu xüsusda fikrini diqqətinizə çatdırır:

“Mənim üçün Pepin bu barədə ilk xəbərdar olması vacib idi. Mən ona minnətdarlığımı bildirdim. O, qəmgin görünürdü, amma mənə elə gəldi ki, o, mənim onun uşaqlıq klubuna, sevdiyi kluba keçməyimdən xoşbəxtdir.

Pep hələ də “Barsa” azarkeşidir, o, bütün oyunlarına baxır. Klub və şəhər haqqında nəsə öyrənmək lazım olanda, mən məsləhət üçün ona müraciət edəcəyəm”, deyə Gündoğan bildirib.

Geridə qalmış 2022/2023 mövsümündə Gündoğan “Mançester Yunayted”in heyətində 51 oyuna çıxıb, 11 qol vurub, 7 məhsuldar ötürmə verib. O, “şəhərlilər”lə “trebl”ə imza atıb: İngiltərə Premyer Liqasını, İngiltərə Federasiya Kubokunu və UEFA Çempionlar Liqasını qazanıb.

“Transfermarkt” internet-portalı 32 yaşlı İlkay Gündoğanı 20 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: