Premyer Liqa hakimləri üçün yay seminarı keçirilir

2023/2024 mövsümünə hazırlıq məqsədilə Premyer Liqa, Birinci və İkinci Liqa hakimləri və hakim-inspektorları üçün yay seminarı keçirilir.

Arena.az xəbər verir ki, AFFA-nın təşkilatçılığı ilə baş tutan seminarda Danimarkadan olan UEFA təlimçisi Jorn Vest Larsen, təhsil üzrə məsləhətçi Burçin Keskin, köməkçi hakimlərlə çalışan Tarık Ongün, Bahattin Duran iştirak edirlər.

Bundan əlavə, Fırat Aydınus və idman psixoloqu Turqay Biçer də seminarda müxtəlif mövzularda təlimlər keçirlər.

AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşəkin rəhbərliyi ilə keçirilən seminar iyulun 30-na qədər davam edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: