“Forbes” planetin ən bahalı futbol klublarını açıqladı

Dünyaca məşhur “Forbes” jurnalı planetimizin ən bahalı on futbol klubunun adını açıqlayıb. Arena.az siyahını diqqətinizə çatdırır:

“Real” (Madrid, İspaniya) – 6,07 milyard dollar;

“Mançester Yunayted” (Mançester, İngiltərə) – 6 milyard dollar;

“Barselona” (Barselona, İspaniya) – 5,51 milyard dollar;

“Liverpul” (Liverpul, İngiltərə) – 5,29 milyard dollar;

“Mançester Siti” (Mançester, İngiltərə) – 4,99 milyard dollar;

“Bayern” (Münhen, Almaniya) – 4,86 milyard dollar;

PSJ (Paris, Fransa) – 4,21 milyard dollar;

“Çelsi” (London, İngiltərə) – 3,1 milyard dollar;

“Tottenham” (London, İngiltərə) – 2,8 milyard dollar;

“Arsenal” (London, İngiltərə) – 2,26 milyard dollar.

Siyahıdan göründüyü kimi, lider “Real” və “Kral klubu”ndan azacıq geri qalan “Mançester Yunayted” qüvvətli mövqeyə sahibdirlər. Həmçinin siyahıda İngiltərə Premyer Liqasının 6 təmsilçisinin yer alması diqqət çəkir. “Böyük beşlik” ölkələrinin superklubları “Bayern” və PSJ siyahıda yer alıblar, ancaq İtaliya klublarının heç biri ilk onluğa düşməyiblər.

Ən son məlumatlar hazırda təəccüb doğurmasa da, “Forbes” Səudiyyə Ərəbistanında futbolun sürətlə inkişaf etdiyini nəzərə alaraq, gələcəkdə siyahıda yeni klubların adı olacağını, hətta liderlərin dəyişəcəyini də istisna etmir.

Xəbəri sosial şəbəkələrdə paylaş: