Fransanın “Monpelye” klubu 20 yaşlı mərkəz hücumçusu Elye Vaini İngiltərə nəhəngi “Çelsi”yə satmaqdan imtina edib.
Arena.az bu barədə “L’Equipe” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Fransa klubu “zadəganlar”ın 27,5 milyon avro məbləğində təklifini geri çevirib. Buna rəğmən, yaxın vaxtlarda klublar arasında danışıqlar davam etdiriləcək. Fransızları ingilislərin təklifinin maliyyə tərəfi razı salmayıb. Hazırda “zadəganlar” “paladinlər”ə daha təkmil təklif hazırlayırlar.
Bu əsnada, 20 yaşlı hücumçuya Madrid “Atletiko”su və Frankfurt “Ayntraxt”ı da iddialıdır. Vainin özü isə tez bir zamanda “Çelsi”yə keçmək istəyir.
Geridə qalmış 2022/2023 mövsümündə Vai “Monpelye”nin heyətində 33 oyuna çıxıb, 19 qol vurub, 6 məhsuldar ötürmə verib.
Vai Fransanın əsas yığmasında hələ debüt etməsə də, bütün aşağı yaş kateqoriyalarından ibarət yeniyetmələr və həmçinin gənclər yığmasında oyun təcrübəsinə malikdir.
Vainin “Monpelye” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı Elye Vaini 35 milyon avro məbləğində qiymətləndirir.


