Azərbaycan millisi Belarusa üçüncü oyunda da qalib gəldi

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi qarşıdakı Avropa çempionatına hazırlığı paytaxt Bakıda davam etdirir.

Arena.az xəbər verir ki, Ataman Güneyligilin çalışdırdığı komandamız təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunları da keçirir.

Millimiz bu gün Bakıda hazırlıq keçən Belarus yığması ilə daha bir yoxlama oyununa çıxıb. Komandamız bu oyunda 3:0 hesabı ilə qələbə qazanıb. Oyundan sonra keçirilən əlavə setdə isə Belarus yığması qalib gəlib.

Bu komandalar arasında əvvəlki günlərdə baş tutan iki oyun da millimizin qələbəsiylə yekunlaşmışdı – 3:0 və 3:1.

Xatırladaq ki, Azərbaycan millisi bir müddət əvvəl Bosniya və Herseqovinada da bir həftəlik təlim-məşq toplanışında olmuş və bu ölkənin yığması ilə üç yoxlama oyunu keçirmişdi. İlk oyunda 2:2 hesabı qeydə alınmış, digər iki qarşılaşmada isə millimiz 3:1 hesabı ilə qələbə qazanmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: