“Çelsi” Lukakunu Vlahoviçə dəyişmək ideyasından vaz keçdi

“Çelsi” İtaliyanın “Yuventus” klubunun və Serbiya yığmasının mərkəz hücumçusu Duşan Vlahoviçi heyətinə qatmaqdan vaz keçib.

Arena.az bu barədə jurnalist Ben Ceykobsa istinadən məlumat verir.

Mənbənin məlumatına görə, London klubunun rəhbərliyi uzun müzakirələrdən sonra komandanın belçikalı hücumçusu Romelu Lukakunu 40 milyon avro və üstəlik əlavə ödənişlər müqabilində “Yuventus”un serb hücumçusuna dəyişməkdən daşınıb.

“Zadəganlar”ın Vlahoviçə hörmətlə yanaşdığı, lakin belçikalı mərkəz hücuçusu ilə bağlı klubun başqa planlarının olduğu vurğulanır. İngiltərə nəhəngi Lukakunu sentyabrda ya hər hansı Avropa komandasına, ya da ixtiyari Səudiyyə Ərəbistanı klubuna satmaq niyyətindədirlər.

Geridə qalmış 2022/2023 mövsümündə Lukaku icarə əsasında “İnter”də çıxış edib. Belçikalı hücumçu “neradzurri”nin heyətində 37 oyuna çıxıb, 14 qol vurub, 7 məhsuldar ötürmə verib.

Vlahoviçin isə ötən mövsüm ərzində statistikası isə belədir: 42 oyun, 14 qol, 4 məhsuldar ötürmə.

“Transfermarkt” internet-portalı 30 yaşlı Romelu Lukakunu 40 milyon avro, 23 yaşlı Duşan Vlahoviçi isə 70 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: