“Bayern”in baş məşqçisi Tomas Tuxel “Tottenhem”in mərkəz hücumçusu Harri Keynin mümkün transferi ilə bağlı açıqlama verib.
Arena.az bu barədə Münhen klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Tomas Tuxel Harri Keynin transferi ilə əlaqədar danışıqların həqiqətən də aparıldığını, lakin hələlik razılığın əldə olunmadığını vurğulayıb:
“Biz bunun üzərində fəal surətdə işləyirik, mən bunu təsdiq edə bilərəm. Ancaq indi hələ heç bir razılıq əldə edilməyib və bu, olmadıqda, məşqçi nəyisə şərh edə bilməz, çünki bu, onun oyunçusuna aid deyil”, deyə Tuxel mövqeyini açıqlayıb.
Son məlumatlara görə, Keyn London hava limanındadır və Münhenə uçuş gözləyir. Lakin “Tottenhem”in bəzi təfərrüatı əlavə etmək istəməsi səbəbindən transfer hələ yekunlaşmayıb.
Harri Keynin “Tottenhem”lə müqaviləsi 2024-cü ilə qədər qüvvədədir.
Keyn “Tottenhem”in yetirməsidir və 2011-ci ildən “mahmızlar”ın əsas komandasında çıxış edir.
Geridə qalmış 2022/2023 mövsümündə Keyn London təmsilçisinin heyətində 49 oyuna çıxıb, 32 qol vurub, 5 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 30 yaşlı Harri Keyn 90 milyon avro məbləğində qiymətləndirir.


