“Kəpəz” futbol üzrə Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində “Zirə” ilə səfərdə keçiricəyi oyuna ciddi itkilərlə çıxacaq.
Arena.az xəbər verir ki, ötən həftə məşqlərin birində zədələnən kapitan Vurğun Hüseynov zədəsini sağaltmadığından görüşü buraxacaq.
Elmir Tağıyev isə cəzalıdır. “Səbail”dən icarəyə götürülən yarımmüdafiəçi ötən mövsüm müqavilə ilə məxsus olduğu komandanın heyətində 4 oyun cəzalandığından diskvalifikasiya müddəti hələ başa çatmayıb.
Xatırladaq ki, “Zirə” – “Kəpəz” matçına bu gün saat 21:00-da start veriləcək.


