Poçettino mümkün transferlə bağlı şərh verməkdən boyun qaçırdı

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino “Brayton”un yarımmüdafiəçisi Moyses Kaysedonun mümkün transferinə şərh verməkdən imtina edib.

Arena.az bu barədə “The Athletic”ə istinadən məlumat verir.

“Düşünürəm ki, siz məni çox yaxşı tanıyırsınız – bizə məxsus olmayan oyunçular haqqında danışmıram. Hörmətimi müvafiq surətdə göstərirəm.

Bizim, heyətə daha çox oyunçu, keyfiyyətli oyunçular əlavə etməyə çalışdığımızı sizə deyə bilərəm. Bizə məxsus olmayan oyunçular haqda hazırda danışmağa hazırlaşmıram. Başqa klublara və futbolçulara hörmət göstərmək gərəkdir.

Gücləndirmək istədiyimiz sahələr varmı? Bəli, amma məncə, aydındır, elə deyilmi? Heyətə baxanda və ötən mövsümlə müqayisə etdikdə, çoxlu yarımmüdafiəçinin getdiyini görmək olar.
Bizim müxtəlif seçimlərimiz var, indi çox çalışırıq”, deyə Poçettino bildirib.

Xatırladaq ki, “zadəganlar” “qağayılar”ın 21 yaşlı ekvadorlu dayaq yarımmüdafiəçisi Moyses Kaysedonu almaqda maraqlıdırlar. Ancaq “Çelsi” bu transferdə maraqlı olan digər İngiltərə nəhəngi “Liverpul”un təklifini puç etmək üçün “Brayton”a təklif etdiyi 133 milyon avro məbləğində rekord məbləği çətin ki, ödəyə bilsin. Bir müddət əvvəl “zadəganlar” maliyyə feyr-pleyi qaydalarını pozduğuna görə UEFA-dan müvafiq cəza alıblar, klub ilk növbədə bu problemi çözməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaş: