“Neftçi” akademiyanın komandalarına yeni təyinatları açıqladı

“Neftçi” Futbol Akademiyasında 2023/2024-cü illər mövsümündə çalışacaq məşqçilərin yekun siyahısı müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, yeni mövsüm üçün təyinatlar aşağıdakı kimidir:

U-19 komandası: baş məşqçi İlyas Qurbanov, köməkçi məşqçi Elmir Hüseynov.

U-17 komandası: baş məşqçi Asif Ramazanov, köməkçi məşqçi Samir Zərgərov.

U-16 komandası: baş məşqçi Eldəniz Məmmədov, köməkçi məşqçi Xalid Bayramov.

U-15 komandası: baş məşqçi Rəşad Hüseynov, köməkçi məşqçi İsmayıl Məmmədov.

U-14 komandası: baş məşqçi Emin Mustafayev, köməkçi məşqçi Elşən Məmmədov.

U-13 komandası: baş məşqçi Vaqif Əliyev, köməkçi məşqçi Rəşad Məmmədov.

U-12 komandası: baş məşqçi Elnur İmamquliyev, köməkçi məşqçi Vasif Əliyev.

U-11 komandası: baş məşqçi Mahmud Əhmədov, köməkçi məşqçi Sabit Əliyev.

U-10 komandası: baş məşqçi İslam Kərimov, köməkçi məşqçi Orxan Bəşirov.

U-9 komandası: baş məşqçi Xalid Bayramov, köməkçi məşqçi Nicat Musayev.

U-7-8 komandaları: baş məşqçi Nicat Musayev.

Qapıçılar üzrə məşqçilər: Samir Əliyev, Cavid Səfərov, Yusif Hüseynov.

Xatırladaq ki, bu yay “Neftçi”nin baş məşqçi postunda da dəyişiklik edilib. Klubun yeni rəhbərliyi ötən mövsüm komandanı çalışdırmış Laurentsiu Regekampfı istefaya göndərib. Onun əvəzində komandanın sükanı arxasına digər rumıniyalı mütəxəssis Adrian Mutu gətirilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: