Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 1-ci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha üç qarşılaşma baş tutub.
“Sivasspor” – “Samsunspor” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Üç qolun qeydə alındığı “Adana Dəmirspor” – “Rizəspor” görüşündə meydan sahibləri qələbə qazanıblar.
“Fənərbaxça” da “Qaziantep”lə ev oyunundan oxşar hesabla qalib ayrılıb.
Xatırladaq ki, ilk turun qalan oyunları avqustun 14-də keçiriləcək.
Türkiyə, Super Liqa
1-ci tur
11 avqust
Trabzonspor – Antalyaspor 1:0
Qol: Densvil, 8.
12 avqust
Kasımpaşa – Ankaragücü 3:2
Qollar: A.Kara, 30. M.Fall, 69. B.Uanes, 90+3 – E.Bəkiroğlu, 73. R.Cephas, 78.
Konyaspor – İstanbulspor 1:1
Qollar: Çikalleşi, 86 – İ.Yılmaz, 6.
Kayserispor – Qalatasaray 0:0
Pendikspor – Hatayspor 1:5
Qollar: Turam, 90+3 – Strandberq, 3. G.Sağlam, 23. B.Yıldırım, 46. Dele-Başiru, 57; 85.
13 avqust
Sivasspor – Samsunspor 1:1
Qollar: Njie, 11 – Van Drongelen, 78.
Adana Dəmirspor – Rizəspor 2:1
Qollar: Belhanda, 27. Y.Ərdoğan, 90+1 – Mari, 87.
Fənərbaxça – Qaziantep 2:1
Qollar: Dzeko, 3; 18 – A.Kızıldağ, 45+5.
14 avqust
22:00. Alanyaspor – Başakşəhər
22:00. Fatih Karagümrük – Beşiktaş


