“Mançester Yunayted”in əfsanəvi baş məşqçisi Aleks Ferqyuson “Mançester Yunayted”in cari çalışdırıcısı Erik ten Haqın işini qiymətləndirib.
Arena.az “Manchester Evening News”a istinadən Ser Alex Ferqyusonun bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Düşünürəm ki, Erik ten Haq əla iş görüb. O, işə başladı və özünə gərək olan oyunçuları gətirdi. Bu isə vacibdir.
Əgər o, yeni mərkəz hücumçusunu tezliklə hazırlasa, komanda yaxşı alınacaq. Son illərdə məhz bu çatışmırdı. Komandanın qalan hissəsi əntiqədir. Orada müdafiəçilər Varan və Martines, yarımmüdafiəçilər Eriksen və Kazemiro kimi çox təcrübəli futbolçular var.
Əsaslar qoyulub və onları həmişə qapıçı və mərkəz hücumçusu tamamlayır. Yeni qapıçı fiziki cəhətdən yaxşı hazırlanıb, yeni mərkəz hücumçusu isə, ümid edirəm, tezliklə formasını yığacaq”, deyə Aleks Ferqyuson bildirib.


