15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Estoniyanın paytaxtı Tallində təşkil olunacaq UEFA İnkişaf Turnirində iştirak edəcək.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, UEFA İnkişaf Turniri avqustun 20-dən 28-nə qədər davam edəcək. Azərbaycan millisi bu turnirdə üç oyun keçirəcək. U-15 yığmamız avqustun 22-də Bosniya və Herseqovina, 24-də Estoniya, 27-də isə Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Qeyd olunan turnirə hazırlıq məqsədilə millimiz avqustun 16-dan 20-nə qədər Bakıda təlim-məşq toplanışında olacaq. Yekun heyət Bakı toplanışından sonra müəyyənləşəcək.
- Tunar Mehdiyev – Sumqayıt
- Rauf Əyyubov – Sabah
- İmran Lətifov – EFA
- Uğur Qurbanlı – Qarabağ
- Toğrul Mehdizadə – Sabah
- Səttar Tahirzadə – Neftçi
- Rəşad Gülüşov – Leon
- Kəmal Mustafazadə – Leon
- Murad Əliyev – Kəpəz
- Amil Abuşov – Sumqayıt
- Nihad Şirinzadə – Sabah
- Emil Məmmədov – Sabah
- Allahverdi Şirinov – Qəbələ
- Renat Muştakov – Sabah
- Əli Bəşirov – Qarabağ
- Məhəmməd Çodarov – Sabah
- Nicat Kərimov – Sabah
- Hüseyn Bayramov – Qarabağ
- Samir Şərifov – Sabah
- Pünhan Kərimov – Sumqayıt
- Murad İbrahimli – Qarabağ
- Polad Hüseynov – Qarabağ
- Onur Əliyev – Qarabağ


