“Neftçi” Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində avqustun 17-də Türkiyədə “Beşiktaş”ın qonağı olacaq.
Arena.az xəbər verir ki, İstanbul vaxtı ilə saat 20:00-da start götürəcək bu qarşılaşmada Azərbaycan klubunu dəstəkləmək istəyən azarkeşlər oyunu rəqib komanda fanatları üçün nəzərdə tutulan tribunada izləyə biləcəklər.
Həmin sektora bilet əldə etmək istəyən azarkeşlər “Neftçi” klubuna müraciət edə bilərlər. Bilet üçün azarkeşlərdən bu nömrə ilə əlaqə saxlamaq xahiş olunur: +994 50 218 41 86
Xatırladaq ki, bu komandalar arasında Bakıda keçirilmiş ilk oyunda İstanbul təmsilçisi 3:1 hesablı qələbəyə sevinib. Cavab görüşü isə ayın 17-də səfərdə keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
“Beşiktaş” – “Neftçi” cütünün qalibi Avropa Konfrans Liqasının pley-offunda “Aris” (Yunanıstan) – “Dinamo” (Kiyev, Ukrayna) görüşünün güclüsü ilə üz-üzə gələcək.


