“Çelsi”nin və Ukrayna yığmasının yarımmüdafiəçisi Mixaylo Mudrik irqçilikdə ittiham edilməsinə münasibətini açıqlayıb.
Arena.az xəbər verir ki, ukraynalı futbolçu bu barədə “Bombardir” “YouTube” kanalında açıqlama verib:
“Hər şey ondan başladı ki, mənim videolarımı tapdılar. İlk video mənim 15 yaşım olan, digəri isə iki il əvvəl, biz mahnı oxuduğumuza aid idi. Məndən irqçi qondardılar… Mən başqa ölkəyə gəlirəm, hər şey çətindir və bu, sadəcə olaraq hansısa video tapmalarından başlayır. Buna qədər hər şey qaydasında idi, amma mən “Çelsi”yə keçəndə anormal oldu. Belə nümunələr isə çox olub”, deyə Mudrik açıqlayıb.
Xatırladaq ki, Mudrik 2022-ci ilin yayında ifa etdiyi mahnıya görə irqçilikdə ittiham edilmişdi. Bu, Lil Beybi tərəfindən ifa edilən “Freestyle” trekidir, burada dəfələrlə “niger” kəlməsi işlədir.


