Beynəlxalq Atletika Federasiyasının prezidenti Sebastyan Kou Rusiya və Belarus atletlərinin 2024 Paris Olimpiadasında iştirakına şübhə edir.
Arena.az xəbər verir ki, bu barədə Kou yenidən qurumun prezidenti seçildikdən sonra mətbuat konfransında jurnalistlərə açıqlama verib:
“Rusiya və Belarus atletlərinin Olimpiadaya getməsi ehtimalı azdır. Şura aydın mövqe tutub, əgər bu, dəyişsə, mən çox təəccüblənərəm. Biz bunu yarışların bütövlüyü üçün etdik. Əlbəttə, vəziyyətə nəzarət edəcəyik, bizim işçi qrupumuz var. Ukraynada baş verənləri nəzərə alsaq, vəziyyətin dəyişməsi ehtimalı çox azdır”, deyə Koe bildirib.
Xatırladaq ki, avqustun 17-də Beynəlxalq Atletika Federasiyası Sebastian Kounun yenidən təşkilatın prezidenti seçildiyini elan edib. Təşkilatın rəhbərinin seçilməsi 54-cü Ümumdünya Yüngül Atletika Konqresində baş tutub.


