Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 1-ci turunun oyunları keçirilir.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha altı qarşılaşma baş tutub.
Səkkiz qolun qeydə alındığı “Auqsburq” – “Borussiya” (Mönhenqladbah) matçında qalib müəyyənləşməyib. “Bayer” “Leypsiq”i, “Ştutqart” “Bohum”u, “Volfsburq” “Haydenhaym”ı məğlub yola salıb. Dortmund “Borussiya”sı da “Köln”lə ev oyunundan qalib ayrılıb. “Hoffenhaym” – “Frayburq” matçı isə qonaq komandanın qələbəsiylə yekunlaşıb.
Almaniya, Bundesliqa
1-ci tur
18 avqust
Verder – Bayern 0:4
Qollar: Sane, 4; 90. Keyn, 74. Tel, 90+4.
19 avqust
Auqsburq – Borussiya (Mönhenqladbah) 4:4
Qollar: Reçbeçay, 29. Bauer, 41. Mixel, 45+7. Varqas, 76 – İtakura, 13. Çvançara, 27; 90+7. Nqumu, 37.
Bayer – Leypsiq 3:2
Qollar: Frimponq, 24. Ta, 35. Virts, 64 – Olmo, 39. Openda, 71.
Hoffenhaym – Frayburq 1:2
Qollar: O.Kabak, 50 – Salai, 39-öz qapısına. Sallai, 45+3.
Ştutqart – Bohum 5:0
Qollar: Jirassi, 18; 77. Zaqadu, 38. Silas, 60; 67.
Volfsburq – Haydenhaym 2:0
Qollar: Vind, 6; 27.
Borussiya (Dortmund) – Köln 1:0
Qol: Malen, 88.
20 avqust
17:30. Union Berlin – Maynts
19:30. Ayntraxt – Darmştadt


