Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz” ölkə çempionatlarında 300-cü ev oyununu keçirib.
Arena.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 3-cü turuna təsadüf edib.
Gəncə təmsilçisi öz meydanında “Turan Tovuz”a 0:2 hesabı ilə uduzub.
1992-ci ildən fasilələrlə ölkə çempionatında çıxış edən “Kəpəz” 300 matçda 179 qələbə qazanıb. Öz meydanında 50 heç-heçəsi olan komanda 71 dəfə uduzub.
Qeyd edək ki, yalnız üç komanda – “Qarabağ”, “Neftçi” və “Şamaxı” doğma meydanda daha çox oyun keçirib.


