Bundesliqa: “Borussiya”ların biri xal itirdi, digəri uduzdu

Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 2-ci turunun oyunları keçirilir.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha altı qarşılaşma baş tutub.

Dortmund “Borussiya”sı səfərdə “Bohum”la qarşılaşıb və xal itkisi ilə üzləşib.

“Darmştadt” doğma meydanda “Union Berlin”ə, “Haydenhaym” “Hoffenhaym”a, “Köln” “Volfsburq”a, “Borussiya” (Mönhenqladbah) isə Bayer məğlub olub. “Frayburq” da “Verder”i tək qolla yenib.

Turun qalan oyunları bazar gününə təsadüf edəcək.

Almaniya, Bundesliqa
2-ci tur
25 avqust

Leypsiq – Ştutqart 5:1
Qollar: Henriks, 51. Olmo, 63. Openda, 66. Kampl, 74. Simons, 76. – Jrassi, 35.

26 avqust

Bohum – Borussiya (Dortmund) 1:1
Qollar: Stoqer, 13 – Malen, 56.

Darmştadt – Union Berlin 1:4
Qollar: Mehlem, 24 – Qosens, 4; 34. Behrens, 39. Doeki, 65.

Köln – Volfsburq 1:2
Qollar: Valdşmit, 55 – Vind, 62; 72.

Frayburq – Verder 1:0
Qol: M.Filipp, 90+6.

Haydenhaym – Hoffenhaym 2:3
Qollar: Beste, 26. Pyeringer, 58 – Beyer, 77. Kaderabek, 81. Kramariç, 90.

Borussiya (Mönhenqladbah) – Bayer 0:3
Qollar: Bonifase, 18. Ta, 45+6. Bonifase, 53.

27 avqust

17:30. Maynts – Ayntraxt
19:30. Bayern – Auqsburq

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: