Super Liqa: “Kayserispor” “Samsunspor”u xalsız yola saldı

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 3-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha üç qarşılaşma baş tutub.

“Alanyaspor” – “Hatayspor” matçında qapılara qol vurulmayıb. “Fatih Karagümrük” – “Ankaragücü” matçında da tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Üç qolun qeydə alındığı “Kayserispor” – “Samsunspor” matçında isə meydan sahibləri qələbə qazanıblar.

3-cü turun “İstanbulspor” – “Qalatasaray”, “Fənərbaxça” – “Başakşəhər” və “Adana Dəmirspor” – “Beşiktaş” oyunları təxirə salınıb. Buna Türkiyəni avrokuboklarda təmsil edən komandaların qitə miqyaslı görüşlərə daha yaxşı hazırlaşmaq istəməsi səbəb göstərilib.

Türkiyə, Super Liqa
3-cü tur
25 avqust

Konyaspor – Qaziantep 2:0
Qollar: Gilyerme, 69. Muriç, 90+5.

26 avqust

Kasımpaşa – Pendikspor 1:1
Qollar: Vink, 81 – Romero, 45+7.

Trabzonspor – Rizəspor 2:3
Qollar: Bakasetas, 58-pen. E.Destan, 83 – Moçsi, 20. B.Keser, 43; 66.

Sivasspor – Antalyaspor 1:1
Qollar: Q.Rodriqes, 36 – Larsson, 10.

27 avqust

Fatih Karagümrük – Ankaragücü 1:1
Qollar: Roden, 44 – E.Bəkiroğlu, 57.

Kayserispor – Samsunspor 2:1
Qollar: Uzodimma, 16. Tiam, 38 – Marius, 21.

Alanyaspor – Hatayspor 0:0

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: