Erik Sorqa “Sumqayıt”dan ayrılacaq – Estoniya millisinə görə

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sumqayıt”ın futbolçusu Erik Sorqa Estoniya milli komandasına dəvət alıb.

Arena.az xəbər verir ki, bu barədə “kimyaçılar”ın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 24 yaşlı hücumçu Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 9 və 12 sentyabr tarixlərində müvafiq olaraq İsveç və Belçika ilə qarşılaşacaq Estoniya millisinin heyətinə cəlb olunacaq.

Erik Sorqa 2019-cu ilin iyun ayında debüt etdiyi Estoniya yığmasında 26 oyuna 4 qol vurub. O, bu ilin iyul ayından “Sumqayıt”ın uğurları üçün çalışır. 24 yaşlı forvard bu komandada 3 oyuna çıxıb, 1 qol vurub. Sorqa “Flora”, “DS Yunayted”, “Loudoun Yunayted”, “Venlo”, “Göteborq”, “Lokomotiv” (Plovdiv) kimi klubların da şərəfini qoruyub.

Xəbəri sosial şəbəkələrdə paylaş: