Bundesliqa: “Haydenhaym”dan “Borussiya” ilə əzmkar heç-heçə

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 3-cü turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında Dortmund “Borussiya”sı doğma meydanda “Haydenhaym”la qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyunda qonaqlar əzmkar heç-heçəyə nail olublar.

3-cü turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Almaniya, Bundesliqa
3-cü tur
1 sentyabr

Borussiya (Dortmund) – Haydenhaym 2:2
Qollar: Brandt, 7. E.Can, 15-pen – E.Dinkçi, 61. Klayndinst, 82-pen.

2 sentyabr

17:30. Auqsburq – Bohum
17:30. Bayer – Darmştadt
17:30. Hoffenhaym – Volfsburq
17:30. Ştutqart – Frayburq
17:30. Verder – Maynts
20:30. Borussiya (Mönhenqladbah) – Bayern

3 sentyabr

17:30. Ayntraxt – Köln
19:30. Union Berlin – Leypsiq

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: