Super Liqa: “Beşiktaş” evdə, “Fənərbaxça” səfərdə qalib gəldi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 4-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, sonuncu – üçüncü oyun günündə daha dörd qarşılaşmanın keçirilməsi nəzərdə tutulsa da, onlardan biri baş tutmayıb.

Belə ki, “Samsunspor” – “İstanbulspor” görüşü güclü yağış səbəbindən təxirə salınıb. Qarşılaşma 12-ci dəqiqədə dayandırılıb.

“Beşiktaş” doğma meydanda “Sivasspor” üzərində inamlı qələbəyə sevinib.

Səfərdə “Ankaragücü” ilə qarşılaşan “Fənərbaxça” da turu qələbə ilə başa vurub. Altı qolun qeydə alındığı “Hatayspor” – “Adana Dəmirspor” matçında qalib müəyyənləşməyib.

Beləliklə, 4 turdan sonra 9 xala malik “Fənərbaxça” vahid liderdir. “Konyaspor” 8 xalla ikinci pillədə qərarlaşıb. “Qalatasaray”, “Beşiktaş”, “Rizəspor” 7, “Hatayspor”, “Trabzonspor”, “Alanyaspor” və “Kayserispor” 6 xal toplayıblar.

Türkiyə, Super Liqa
4-cü tur
1 sentyabr

Kasımpaşa – Trabzonspor 1:5
Qollar: Vink, 85 – E.Destan, 15. Bardi, 28; 64. Benkoviç, 45+4. G.Gürpüz, 82.

Rizəspor – Fatih Karagümrük 1:0
Qol: Varesanoviç, 45+1.

2 sentyabr

Başakşəhər – Konyaspor 0:1
Qol: Çikalleşi, 53.

Pendikspor – Alanyaspor 1:1
Qollar: B.Sulungoz, 90+3 – Auqusto, 88.

Antalyaspor – Kayserispor 1:1
Qollar: Van de Strek, 44 – Tiam, 34.

Qaziantep – Qalatasaray 0:3
Qollar: K.Aktürkoğlu, 5. İkardi, 64; 73.

3 sentyabr

Beşiktaş – Sivasspor 2:0
Qollar: Kolli, 25. Raşiça, 40.

Ankaragücü – Fənərbaxça 0:1
Qol: Osayi-Samuel, 60.

“Hatayspor – Adana Dəmirspor 3:3
Qollar: Strandberq, 53; 73. Dele Başiru, 75 – Ndiaye, 30. Qravilyon, 84. Abid, 89-öz qapısına.

Samsunspor – İstanbulspor matçı təxirə salınıb

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: