AÇ-2024-ün seçmə mərhələsində Belçika, yoldaşlıq oyununda isə İordaniya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb.
Arena.az AFFA-nın saytına istinadən xəbər verir ki, baş məşqçi Canni de Byazi milliyə 26 futbolçu dəvət edib.
İtaliyalı mütəxəssis Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” klubunun Asiya Çempionlar Liqasında iştirakını nəzərə alaraq, hücumçunun Belçika ilə oyundan sonra millini tərk etmək istəyini müsbət qarşılayıb. Bu isə o deməkdir ki, hücumçu İordaniya ilə yoxlama oyununda millimizə kömək edə bilməyəcək.
Qeyd edək ki, yığmamız sentyabrın 9-da Bakıda Belçikanı, üç gün sonra isə İordaniyanı qəbul edəcək. Hər iki qarşılaşma “Dalğa Arena”da baş tutacaq. Belçika ilə görüşə saat 17:00-da, İordaniya ilə oyuna saat 20:00-da start veriləcək.
Canni De Byazinin Azərbaycan millisinin heyətinə çağırdığı oyunçuların siyahısı belədir:
Qapıçılar: Şahrudin Məhəmmədəliyev (“Qarabağ”), Səlahət Ağayev (“Səbail”), Yusif İmanov (“Sabah”);
Müdafiəçilər: Amin Seydiyev (“Sabah”), Anton Krivotsyuk (“Daejon”, Cənubi Koreya), Bəhlul Mustafazadə, Toral Bayramov, Rahil Məmmədov (hamısı “Qarabağ”), Bəxtiyar Həsənalızadə (“Tuzlaspor”, Türkiyə), Höccət Haqqverdi (“Neftçi”), Elvin Bədəlov (“Sumqayıt”), Yusif Nəbiyev (“Səbail”), Elvin Cəfərquliyev (“Qarabağ”);
Yarımmüdafiəçilər: Coşqun Diniyev (Ümraniyəspor, Türkiyə), Elvin Camalov (“Sabah”), Emil Səfərov (“Qəbələ”), Emin Mahmudov (“Neftçi), Filip Ozobiç (“Neftçi), Rüstəm Əhmədzadə, Qismət Alıyev (hər ikisi “Zirə”), Ozan Can Kökçü (“Eyndhoven”, Niderland), Aleksey İsayev (“Sabah”);
Hücumçular: Mahir Emreli (“Dinamo”, Xorvatiya), Ramil Şeydayev (“Buriram Yunayted”, Tailand), Renat Dadaşov (“Qrasshopper”, İsveçrə), Musa Qurbanlı (“Yurqorden, İsveç).


