Hikmət Qafarlı Fransa – Portuqaliya matçını idarə edəcək

Azərbaycanlı hakim Hikmət Qafarlı 19 yaşadək futzalçılardan ibarət komandaların Avropa çempionatının final mərhələsinin matçına təyinat alıb.

Arena.az xəbər verir ki, o, bu gün keçiriləcək Fransa – Portuqaliya birinci hakimi olacaq.

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Hikmət Qafarlıya Mariya Mislovska (Ukrayna) və Çiara Perona (İtaliya) kömək edəcəklər. Hakim-inspektor isə italiyalı Massimo Çumbo olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: