Çimərlik futbolu: Millimizin oyunlarının təqvimi bilindi

Sentyabrın 19-dan 25-dək İtaliyanın Alqero şəhərində təşkil olunacaq çimərlik futbolu üzrə Avropa Super Finalının təqvimi müəyyənləşib.

Arena.az xəbər verir ki, Azərbaycan yığmasının da oyunlarının vaxtı bəlli olub.

AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, millimiz sentyabrın 19-da baş tutacaq ilk oyunda Türkiyə yığması ilə üz-üzə gələcək. Bu oyuna Bakı vaxtı ilə saat 12:15-də start veriləcək.

Bir gün sonra eyni saatda rəqibimiz Rumıniya yığması olacaq. Yığmamız sentyabrın 21-də də İsveçrəni sınağa çəkəcək. Bu oyunun start fiti isə saat 16:00-da səslənəcək.

Avropa Super Finalı
B qrupu

19 sentyabr. Saat 12:15
Azərbaycan – Türkiyə

20 sentyabr. 12:15
Azərbaycan – Rumıniya

21 sentyabr. Saat 16:00
İsveçrə – Azərbaycan

Sonda çimərlik futbolu üzrə Avropa Super Finalında mübarizə aparacaq bütün komandaların yer aldığı qrupları təqdim edirik:

A qrupu
İtaliya
Belarus
Moldova
Yunanıstan

B qrupu
İsveçrə
Azərbaycan
Türkiyə
Rumıniya

C qrupu
Portuqaliya
Fransa
Estoniya
Danimarka

D qrupu
İspaniya
Polşa
Almaniya

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: