PFL Premyer Liqa ilə bağlı yeni layihəyə start verdi

Peşəkar Futbol Liqası (PFL) və Azərbaycan Premyer Liqasının rəsmi sponsoru “Misli” “ayın qolu” layihəsinə start verir.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, avqust ayından etibarən Azərbaycan Premyer Liqasında başlayacaq layihə çərçivəsində PFL tərəfindən ayın “TOP-5” qolu müəyyənləşdiriləcək.

Ardınca həmin qollar Peşəkar Futbol Liqasının rəsmi “Facebook” hesabında paylaşılacaq. İzləyicilər ən çox bəyəndikləri qolu emojilər vasitəsilə seçə biləcəklər. Nəticələr video paylaşıldıqdan 3 gün sonra elan ediləcək. Qalibə “Misli” və PFL tərəfindən mükafatlar təqdim olunacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: