Futbol üzrə Avropa çempionatının (AÇ-2024) seçmə mərhələsinin Azərbaycan – Belçika oyunu üçün hakim təyinatları açıqlanıb.
Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu qarşılaşmanı Serbiyadan olan hakimlər briqadası idarə edəcək.
Qarşılaşmanın baş hakimi FİFA referisi Nenad Minakoviç olacaq. Ona yan xətt hakimləri Slobodan Pavloviç və Nikola Boroviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Milan Mitiç yerinə yetirəcək.
Xatırladaq ki, AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da keçiriləcək Azərbaycan – Belçika oyunu “Dalğa Arena”da baş tutacaq. Oyuna saat 17:00-da start veriləcək.
F qrupunda yer alan bu komandalardan Belçika yığması 7 xalla 2-ci pillədə qərarlaşıb. Azərbaycan milli komandası isə 1 xalla sonuncu – 5-ci yerdədir. Qrupa 10 xala malik Avstriya millisi başçılıq edir. İsveç yığması 3 xalla 3-cü, Estoniya milli komandası isə 1 xalla 4-cüdür.



