“Neftçi” PFK 3 futbolçusunu – Vüsal Əsgərov, Seymur Əliyev və Xəyal Nəcəfovu digər komandalara icarəyə verib.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Vüsal Əsgərov və Seymur Əliyev bu mövsümü “İrəvan”da, Xəyal Nəcəfov isə “Turan Tovuz”da icarədə keçirəcək. Onların hər biri 1 il müddətinə icarəyə verilib.
“Turan Tovuz” klubu ilə icarə müqaviləsinin müddəti bu yay başa çatan futbolçu Turan Vəlizadə isə “Neftçi-2”nin düşərgəsindədir.
Digər futbolçulardan Asim Əlizadə ilə başa çatan müqavilənin müddəti artırılmayıb, Elşad Tağıyevlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Ötən mövsümdə əsas komandanın heyətində rəsmən debüt etmiş Ömər Qurbanov isə “Zirə”yə transfer olunub.


