U-17 millimiz Türkiyəyə 22 futbolçu ilə yollanır

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-17) Türkiyəyə təlim-məşq toplanışına yollanacaq heyəti açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Millimizin sentyabrın 3-də start götürmüş Bakı toplanışı bu gün başa çatıb. İstanbul şəhərindəki təlim-məşq toplanışı isə sentyabrın 8-dən 13-nə qədər davam edəcək.

U-17 millimiz hazırlıq çərçivəsində sentyabrın 9-da və 12-də Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu da keçirəcək.

Bakı toplanışından sonra yoldaşlıq oyunları üçün yekun heyət də müəyyənləşib. Baş məşqçi Füzuli Məmmədov ilk siyahıda 24 futbolçuya yer ayırmışdısa, İstanbula gedəcək heyətdə 22 oyunçuya yer verib.

Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

1. Həbib Hüşənov – Qəbələ

2. Ayxan Əlizadə – Sabah

3. Məsud Əlişanlı – EFA

4. Səmid Əhmədov – Qəbələ

5. Məhəmməd İmamaliyev – Neftçi

6. Vüsal Paşayev – Sumqayıt

7. Nadir Orucov – Sumqayıt

8. Rəşad Alışov – Sabah

9. Tuncay Əhmədov – Sabah

10. Əkbər Məhərrəmov – Sabah

11. Ömər Kərimov – Qəbələ

12. İslam İsmayılzadə – Sabah

13. Əmir Əliyev – Sabah

14. Babamirzə Mehdiyev – Sabah

15. Anar Hüseynov – Sabah

16. Ziya Şəkərxanov – Qəbələ

17. Emin Feyzullayev – Sabah

18. Həsən Nəzərli – Ankaragücü (Türkiyə)

19. Hikmət Cəbrayılzadə – Qarabağ

20. Amid Qasımov – Qarabağ

21. Ümid Səlimov – Sabah

22. Röyal Fərzullazadə – Neftçi

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: