Azərbaycan – Belçika: Öncə Tedesko, sonra De Byazi

AÇ-2024-ün seçmə mərhələsinin Azərbaycan – Belçika oyunu ərəfəsində mətbuat konfransları və açıq məşqlər təşkil olunacaq.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Belçika milli komandasının Bakıdakı məşqi sabah saat 12:45-də başlayacaq. Hazırlığın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq. Saat 14:00-da isə baş məşqçi Domeniko Tedeskonun mətbuat konfransı təşkil olunacaq.

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin mətbuat konfransı saat 17:30-da başlayacaq. Saat 18:00-da isə yığmamızın ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqə start veriləcək.

Qeyd edək ki, hər iki məşq və mətbuat konfransı “Dalğa Arena”da olacaq.

Xatırladaq ki, Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da Belçika yığmasını qəbul edəcək. “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Belçika matçına saat 17:00-da start veriləcək.

F qrupunda yer alan bu komandalardan Belçika yığması 7 xalla 2-ci pillədə qərarlaşıb. Azərbaycan milli komandası isə 1 xalla sonuncu – 5-ci yerdədir. Qrupa 10 xala malik Avstriya millisi başçılıq edir. İsveç yığması 3 xalla 3-cü, Estoniya milli komandası isə 1 xalla 4-cüdür.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: